Xəyanət görüb qızının anasına qayıtdı

Xəyanət görüb qızının anasına qayıtdı
00:01 4 Noyabr 2016
131 Şou
Ölkə mətbuatı
A- A+

İllərdir birlikdə yaşadığı aktrisa Vanessa Paradidən gənc aktrisa Ember Herdə görə ayrılan Hollivud ulduzu Coni Depp son günlər yenidən mətbuatın gündəminə gəlib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu il yayında Ember Herddən də boşanan Deppin yenidən Vanessanı geri qaytarmaq istədiyi iddia olunur. Tez-tez keçmiş sevgilisi ilə görüntüləndiyi üçün Emberlə yollarını ayıran Depp bu dəfə restoranların birində Paradi ilə görülüb. Birlikdə nahar edən məşhurların dostcasına görüşmədikləri söylənilir.

“Coni Vanessaya sevgi dolu gözlərlə baxırdı. Depp hər fürsətdə onu ələ almağa çalışırdı. Vanessa isə məmnun görünürdü” deyən mənbə cütlüyün tez bir zamanda barışacağını iddia edib.

Qeyd edək ki, bu yaxınlarda müsahibə verən Deppin qızı Lili Roz atasının Emberlə münasibətdə olduğu vaxtda da ona diqqət göstərdiyini, amma boşandıqdan sonra qayğısının daha da artdığını söyləmişdi.

 

 


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60451

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR