Salonikidə təxribat - erməni bayrağı açdılar

Salonikidə təxribat - erməni bayrağı açdılar
00:07 4 Noyabr 2016
77 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” səfərdə PAOK-la qarşılaşır. Fanat.Az xəbər verir ki, “Tumba” stadionunda keçirilən oyunun başlamasına az vaxt qalıb.

 

Artıq azarkeşlər arenada öz yerlərini tutmağa başlayıb. Saloniki təmsilçisini dəstəkləmək üçün tribunada öz yerini tutan azarkeşlərdən biri isə oyuna Ermənistan bayrağıyla gəlib.

 

Stadion işçilərinin müdaxiləsindən sonra düşmən ölkənin bayrağı yığışdırılıb.

 

Bir neçə dəqiqə öncə oyunöncəsi isinmə hərəkətləri etmək üçün meydançaya çıxan “Qarabağ” yerli azarkeşlər tərəfindən fitə basılıb. (futbolinfo.az)



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR