Öskürəyi kəsən təbii qarışım

Öskürəyi kəsən təbii qarışım
01:11 4 Noyabr 2016
712 Şou
Ölkə mətbuatı
A- A+

Mövsümlə bağlı olaraq xəstəlik hallarının artması da müşahidə olunur.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddət davam edən öskürəklə mübarizə aparmaq isə o qədər də asan deyil. Bəs təbii yolla buna necə nail olmaq olar?

Kəklikotu - bal çayı

Üst tənəffüs yolu infeksiyalarına, bronxit kimi xəstəliklərə çox yaxşı təsir göstərir. Bundan başqa, öskürəyi kəsmək üçün də kəklikotundan istifadə edilir. İçinə bal qatılmış kəklikotu yarpaqlı çay isə daha faydalı ola bilər.

Limon - istiot - duz

Bu qarışım həm orqanizmin xəstəliklərə qarşı müqavimətini gücləndirir, həm də nəfəsalma yollarını tənzimləyir. Öskürək üçün ideal bir vasitədir. Bunun üçün limonu 4 yerə bölün. Böldüyünüz hissələrdən birinin üzərinə duz və qara bibər səpin və yeyin.

İlıq süd - bal

Bal qataraq içdiyiniz ilıq süd, öskürəyə yaxşı təsir göstərir. Boğazın qıcıqlanmasını aradan götürür. Qaynar süd balın keyfiyyətini öldürdüyü üçün ilıq olmasına diqqət edin.

Badam - portağal şirəsi

Öskürəyə yaxşı təsir göstərəcək bir qarışımdır. Badamı xırdalayaraq portağal şirəsinin içinə qatın. Hər səhər və axşam yatmazdan öncə için.

Zəncəfil və darçınlı çay

Öskürəyi aradan qaldırmaq üçün heç bir yan təsiri olmayan bitki mənşəli çay hazırlaya bilərsiniz.
Zəncəfil bədənin müqavimətini artıran və öskürəkkəsici xüsusiyyətə malikdir. Uşaq və böyüklər üçün təbii və asan bir müalicə üsuludur. Xəstə olacağınızı anladığınızda dərhal bu bitki mənşəli çayı için.

3 dənə təzə zəncəfil
8 ədəd çubuq darçın
1 ədəd limon
1,5 litr su
1 qaşıq bal

Bal xaric digər vəsaitləri suyun içinə ataraq qaynadın. Sonra bu qarışığa bal əlavə edərək için.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60454

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR