"Qriqorçuk oyundan sonra dedi ki..." - Filip Ozobiç

"Qriqorçuk oyundan sonra dedi ki..." -   Filip Ozobiç
01:17 4 Noyabr 2016
51 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ”nin futbolçusu Filip Ozobiç Avropa Liqasının IV turu çərçivəsində “Sent-Etyen”ə məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb:


- Heyif ki, bu şəkildə uduzduq. Bu gün yaxşı oynadıq. Sadəcə olaraq, 2 səhv etdik, onlar da qol oldu. 


- Məğlubiyyətdə həlledici nə oldu: baş hakimin Roman Qriqorçuku texniki zonadan uzaqlaşdırılması, yoxsa Dmitri Bezotosnının səhv? 

- Hakim barədə danışmaq istəmirəm.  Bir daha deyirəm, yaxşı oynadıq. Ancaq nəticə istədiyimiz kimi olmadı. Təəssüf!


- Sizin uzaq məsafələrdən yaxşı zərbələriniz var. Lakin bu gün həmin bacarığınızdan yararlana bilmədiniz...

- Bəli, bir neçə epizodda çərçivəyə düşə bilmədim. 


- Baqali Dabosuz irəlidə oynamaq çətindir?

- Əlbəttə, çətindir. Bizim yaxşı oyunçularımız var. Zədələr işimizə mane olur.


- İlk 4 oyunun hamısında uduzacağınızı güman edirdiniz?

- Təbii ki, biz də yaxşı nəticə qazanmaq istərdik. Ancaq belə alındı.


- Roman Qriqorçuk oyundan sonra nə dedi?

- Dedi ki, afərin, üzülmək lazım deyil, bizim 3 gündən sonra oyunumuz var.


- Qarşıda “Anderlext” və “Maynts”la oyunlar var. Bu barədə nə deyə bilərsiniz?

- Çalışacağıq ki, yaxşı nəticə əldə edək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqriqorcuk-oyundan-sonra-dedi-kiquot-t53888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR