Hərbi hissədə "Dini radikalizmə qarşı mübarizə" mövzusunda tədbir keçirilib

Hərbi hissədə "Dini radikalizmə qarşı mübarizə" mövzusunda tədbir keçirilib
04:13 4 Noyabr 2016
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və Ağcabədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində "Dini radikalizmə qarşı mübarizə" mövzusunda tədbir keçirilib.

Komitənin mətbuat xidmətindən verilən xəbərə görə, DQDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov dini radikalizmi doğuran səbəblərdən danışaraq, Azərbaycan hökumətinin ölkədə dini tolerantlığın qorunması və radikalizmlə mübarizə istiqamətində həyata keçirdiyi siyasəti xüsusi vurğulayıb. O qeyd edib ki, ölkəmizin uğurlu sosial-iqtisadi inkişafının təmin edilməsi, cəmiyyətin problemlərinin həlli istiqamətində atılmış mühüm addımlar, dini maarifləndirmə işinin gücləndirilməsi və gənclərlə iş Azərbaycan dövlətinin anti-radikalizm siyasətinin əsas elementlərini təşkil edir. O, mütəmadi olaraq keçirilən konfrans və treninqlərdən ətraflı danışaraq dini maarifləndirmə ilə bağlı tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Natiqlərin çıxışları əsasən vətənpərvərlik, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və dini radikalizmə qarşı mübarizəyə həsr olunub.

Sonda hərbi hissənin rəhbərliyinə Dövlət Komitəsi tərəfindən çapına icazə verilmiş dini ədəbiyyatlar hədiyyə edilib.



Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/174666.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR