Macarıstan NATO və Azərbaycan arasında siyasi dialoqu gücləndirmək niyyətindədir

Macarıstan NATO və Azərbaycan arasında siyasi dialoqu gücləndirmək niyyətindədir
08:32 4 Noyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Macarıstan NATO və Azərbaycan arasında siyasi dialoqun gücləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində çalışmaq niyyətindədir. Milli.Az bildirir ki, bu sözləri Trend-ə müsahibəsində Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib.

Səfir növbəti iki il ərzində - 2017-ci il yanvarın 1-dən 2018-ci il dekabrın 31-dək Macarıstan səfirliyinin NATO nümayəndəliyinin səlahiyyətlərini icra edəcək: "Bu ilədək bu səlahiyyətləri Rumıniya səfirliyi həyata keçirirdi. Bu ilin sonunda Azərbaycan, Macarıstan və Rumıniya nümayəndələrinin iştirakı ilə öhdəliklərin təvhil verilməsi mərasimi baş tutacaq."

Macarıstan səfiri İ.Laslotski səfirliyin qarşısında duran hədəflər arasında NATO və Azərbaycan arasında dialoqun gücləndirilməsi, Şimali Atlantika Alyansının Azərbaycanda baş verən proseslər barədə məlumatlandırılması, Azərbaycanda NATO-nun siyasəti barədə ictimai rəy formalaşdırılması kimi vəzifələrin olduğunu deyib.

Səfirlik Azərbaycanda KİV-lə də sıx münasibət saxlamağı planlaşdırır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR