İİV-ə yoluxmuş şəxsin ömrü uzanar, əgər...

İİV-ə yoluxmuş şəxsin ömrü uzanar, əgər...
08:32 4 Noyabr 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Siqaret çəkmək insanın immun çatışmazlığı virusu-na (İİV) yoluxmuş şəxslərin ömrünü virusun özündən daha çox azaldır.

Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bununla bağlı bir qrup ABŞ aliminin yüzlərlə xəstənin üzərində apardığı tədqiqatların nəticəsi "Journal of Infectious Diseases" bülletenində yer alıb.

Alimlərdən birinin sözlərinə görə, İİV-ə yoluxmuş şəxs çox sayda siqaret çəkərsə, onun məhz tütün asılılığından həyatını itirməsi ehtimalı daha yüksəkdir. Bununla belə, araşdırmalar zamanı o da məlum olub ki, xəstəlik müddətində siqaretin tərgidilməsi virusa yoluxmuş xəstənin ömrünü uzada bilər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR