Rusiyada birlikdə yaşadığı qadının və uşağının qətlində şübhəli bilinən azərbaycanlı saxlanılıb

Rusiyada birlikdə yaşadığı qadının və uşağının qətlində şübhəli bilinən azərbaycanlı saxlanılıb
08:52 4 Noyabr 2016
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya polisi qadının və onun 4 yaşlı qızının qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Qardaşov Rauf Cəmaləddin oğlunu Orenburq vilayətinin Orsk şəhərində saxlayıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin məlumatında bildirilir.
 
Məlumata görə,  Rauf Qardaşov yaşayış binasının qarşısında saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib. Polislər onlara bıçaqla hücum etməyə cəhd edən R.Qardaşova xidməti silahdan atəş açaraq yaralayıblar. Ona artıq tibbi yardımın göstərildiyi bildirilir.
 
Qeyd edək ki, noyabrın 2-də  Rusiyanın Orsk şəhərində Azərbaycan vətəndaşı birlikdə yaşadığı qadının və onun uşağının boğazını kəsərək qətlə yetirib.
 
1981-ci il təvəllüdlü ana və 4 yaşlı qızın meyitini ilk olaraq, qadının anası aşkarlayıb və polisə bildirib. Hadisəni törətməkdə şübhəli bilinən Qardaşov Rauf Cəmaləddin oğlu axtarışa verilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486095.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR