ABŞ Avropaya 6 min hərbçi göndərəcək

ABŞ Avropaya 6 min hərbçi göndərəcək
09:17 4 Noyabr 2016
42 Dünya
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ştatların bu qış Avropaya göndərəcəyi əlavə zirehli tank briqadası 4 min nəfərdən ibarət olacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı ölkənin Müdafiə Nazirliyi strukturuna daxil olan Ordu Nazirliyinin (Quru Qoşunları) nümayəndələri məlumat veriblər.
Burada söhbət Kolorado ştatındakı Fort-Karson bazasında yerləşdirilən 4-cü piyada diviziyasının 3-cü zirehli tank briqadasından gedir. Avropaya təqribən 4 min hərbçi göndəriləcək. Bundan əlavə, Pentaqon regiona 10-cu dağ diviziyasının 10-cu aviasiya briqadasının 1750 əsgərini də yollayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486100.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR