"Qrupdan çıxmaq üçün digər komandalardan asılıyıq"

"Qrupdan çıxmaq üçün digər komandalardan asılıyıq"
09:57 4 Noyabr 2016
76 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsində evdə "Qarabağ"a uduzan (0:1) PAOK-un baş məşqçisi Vladimir İviç oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, serbiyalı mütəxəssis birbaşa suallara cavab verib.

- "Qarabağ" cəmi bir təhlükəli epizod yaratdı və bu, qələbəyə kifayət etdi. PAOK-u bundan sonra nə gözləyir?
- Qoldan öncə qapımız önündə heç bir təhlükəli vəziyyət yox idi. İkinci hissəyədək üstünlük bizdə idi. "Qarabağ" bizi əks-hücumda yaxaladı və bunun qarşısını ala bilmədik. Artıq qrupdan çıxmaq üçün digər komandalardan asılıyıq.
 
- Komanda bu oyunda qələbə üçün yetərincə xarakter göstərdimi?
- Deməzdim ki, futbolçular bu gün xarakter göstərmədilər, döyüşmədilər. Bunu deyənlər oyuna baxmayıblar. Bazar günü çempionatda oyunumuz olmuşdu. Bütün qarşılaşma ərzində qol imkanları yaradırdıq. Ancaq rəqib əks-hücumda oynamağa hazır gəlmişdi. Onlar buna hazır idilər. Son 20 dəqiqədə biz ümumiyyətlə fiziki cəhətdən çox yorğun göründük. Bu, həlledici oldu.
 
- Avropa Liqasında qrupdan çıxmamaq təhlükəsi var. Çempionatda da digər rəqiblərdən bir qədər geridə qalmısız. Komandadakı gələcəyiniz üçün təhlükə görürsüz?
- Çempionat hələ yeni başlayıb. Cəmi bir neçə oyun oynamışıq. Bir neçə gün sonra çətin səfər qarşılaşmamız var. Futbolçularım o vaxta qədər dincəlib, özünə gəlməlidir. Çətinliklər bizi qorxutmur. Növbəti oyuna hazırlaşırıq. Bundan sonra da meydanda var gücümüzlə mübarizə aparacağıq.
 
- Komandada nə baş verir? Əvvəllər çox qol vəziyyəti yaradırdız, indi isə fərqli vəziyyətdir. Həm cinahlardan, həm də mərkəzdən təhlükə hiss olunmur...
- Rəqiblər oyunumuzu öyrənir, bizə qarşı tədbir görürlər. Biz də vəziyyəti dəyişməyə çalışırıq. Bu gün 5-6 oyun vəziyyətində, 2-3 dəfə də standart vəziyyətlər zamanı təhlükəli olduq. Heç bir komanda bizim kimi 25-30 qol vəziyyəti yaratmır.
 
- PAOK sanki standart oynayır. Oyunu öz üzərinə götürəcək futbolçu yoxdur. Bunu necə dəyişməyi düşünürsüz?
- Səhvlərimizi bilirik. Hər dəfə onları təhlil edib, aradan qaldırmağa çalışırıq.
 
- Malezas bu gün niyə oynamırdı?
- Malezas ardıcıl 3 oyunda 90 dəqiqə meydanda olub. Bizim əlimizdə 4 eyni səviyyəli müdafiəçi var. Buna görə onları əvəzləyirik ki, özlərini bərpa edə bilsinlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486116.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR