Bakıda məktəbli intihara cəhd edib.
Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə,
hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 15 yaşlı
Kənan Ağayev yaşadığı evdə özünü asıb. Validynləri tərəfindən
dərhal xilas edilən K. Ağayev 3 saylı şəhər Klinik Xəstəxanasına
yerləşdirilib.
Xəstəxanadan APA-ya K. Ağayevin vəziyyətinin ağır olduğu
bildirilib.
Faktla bağlı araşdırma aparılır.