Türkiyə hökumətindən millət vəkillərinin tutulmasına REAKSİYA

Türkiyə hökumətindən millət vəkillərinin tutulmasına REAKSİYA
10:27 4 Noyabr 2016
41 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Baş Nazirliyinin informasiya Departamenti bəzi millət vəkillərinin həbsiylə bağlı hökumətin mövqeyini ifadə edən açıqlama yayıb.

Milli.Az bildirir ki, Türkiyənin Bakıdakı səfirliyindən lent.az-a daxil olan həmin açıqlamada deyilir ki, barəsində ittiham irəli sürülən bəzi millət vəkillərinin toxunulmazlıqlarının ləğv edilməsi barədə Konstitusiya dəyişikliyinin qüvvəyə minməsindən sonra ifadə vermək üçün məhkəmələrə çağırılan bəzi HDP-li millət vəkillərinin çağırışa əməl etməməsi səbəbindən prokurorluğa verilən təlimatlar əsasında həbs qəti imkan tədbirləri seçilir.

"Polis qüvvələri bu sırada ilk olaraq HDP həmsədri Figen Yüksekdağ Diyarbəkir prokurorluğunun apardığı terrorla bağlı istintaq çərçivəsində ifadə vermək çağırışına getmədiyi üçün Ankarada evində həbs olunub.
 
HDP-nin digər həmsədri Səlahəddin Dəmirtaş Diyarbəkirdə, HDP millət vəkili Sürəyya Sırrı Öndər də Ankarada gözaltına alınıblar", - deyə açıqlamada bildirilir.
 
Qeyd edək ki, millət vəkili toxunulmazlıqlarının qaldırılmasını nəzərdə tutan Konstitusiya dəyişikliyi bu ilin may ayında Türkiyə Böyük Millət Məclisində 376 səslə, referenduma ehtiyac qalmadan qəbul edilmişdi.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR