Dünən Avropa Liqasının qrup mərhələsində IV turun "Fənərbağça" - "Mançester Yunayted" oyunu zamanı Zlatan İbrahimoviç dava salıb.
Milli.Az "Daily Mail"ə istinadla bildirir ki, 29-cu dəqiqədə oyundan çıxan Poqbanın yerinə matça daxil olan Zlatan 38-ci dəqiqədə rəqiblərinə qarşı kobudluq edib.
O, isveçli oyunçu Simon Kyaeri itələyib, sonra da boğazını sıxıb.
Mourinyo Zlatanı sakitləşdirmək istəyəndə isə o, hakimi də itələyib.
Qeyd edək ki, MU-nun oyunçusu bu hərəkətinə görə kart almayıb.
Bəxtiyar Umarlı
Milli.Az