"Qarabağ"ın qəhrəmanı danışdı: "Bunu gözləmirdim"

"Qarabağ"ın qəhrəmanı danışdı:   "Bunu gözləmirdim"
10:37 4 Noyabr 2016
77 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın futbolçusu Migel Madera Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda PAOK-a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Ağdam klubunun qələbə qolununun müəllifi olan oyunçu qrupdan çıxmaq şanslarını dəyərləndirib.


- Oyunla bağlı nə deyə bilərsiniz?

- Çətin oyun olacağını bilirdik. Bu görüşdə azarkeş dəstəyimiz də var idi. Çətin olsa da, sonda rəqibə qarşı layiqli mübarizə aparmaqla qalib gələ bildik.


- İkinci hissədə meydana çıxdınız və cəmi bir neçə dəqiqə sonra qələbə qoluna imza atdınız...

- Qələbə qolunu vuracağımı gözləmirdim. Baş məşqçininin mənə şans verməsini gözləyirdim ki, komandama kömək edim. Şadam ki, həlledici qola imza atmağa nail oldum.


- Artıq qrupdan çıxmaq şansınızın artdığını demək olar?

- Hələ heç nə dəqiqləşməyib. Biz sadəcə, kiçik bir üstünlük qazanmışıq.


- Hər halda komandanız tarixi bir uğura imza atmağa çox yaxındır...

- Biz hələ heç nəyə nail olmamışıq. Daha bir qələbə qazanmaq istəyirik. Yalnız ondan sonra "pley-off"a adladığımızı əminliklə söyləmək olar.


- Artıq növbəti oyunda bu hədəfinizə çata bilərsiniz?

- Çətin olacaq. Çünki yenə səfərdə oynayacağıq. (qol.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquotn-qhrman-dand-t53898.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR