UEFA Rəşad Sadıqovu ən yaxşı seçdi

UEFA Rəşad Sadıqovu ən yaxşı seçdi
10:37 4 Noyabr 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Avropa Liqasının IV turunun oyunlarının ən yaxşılarını açıqlayıb. Fanat.Az xəbər verir ki, fərqlənənlər sırasında Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı rəşad Sadıqov da yer alıb.

 

Belə ki, müdafiəçi Yunanıstanın Saloniki şəhərində keçirilən PAOK - “Qarabağ” görüşünün ən yaxşısı seçilib.

 

Digər təmsilçimiz “Qəbələ”nin “Sent-Etyen”lə (Fransa) qarşılaşmasında rəqib futbolçu adından söz etdirib. Komandasının bərabərlik qolunu vuran Ussama Tannan Bakıdan ən yaxşı kimi qayıdıb.

 

Qeyd edək ki, “Qarabağ” 1:0 hesabı ilə qalib gəldiyi halda, “Qəbələ” 1:2 hesabı ilə uduzub.


Fanat.Az 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR