Günay İbrahimli “Təşəkkürlər Bakı” dedi və... -VİDEO

Günay İbrahimli “Təşəkkürlər Bakı” dedi və... -VİDEO
11:18 4 Noyabr 2016
113 Şou
Ölkə mətbuatı
A- A+

Bir müddət əvvəl “Yollar” adlı mahnısı təqdim edən Günay İbrahimli yeni klip çəkdirib.

Publika.az xəbər verir ki, müğənni “Təşəkkürlər Bakı” adlı bəstəni ekranlaşdırıb. Mahnı türk dilindədir, ifaçı ilk dəfə bu tərzdə mahnıya müraciət edib. “Sözləri və musiqisi Arif Şıxəmirova, aranjimanı Rasim Məmmədova məxsusdur. Klip üzərində 20 nəfərdən ibarət komanda çalışıb. Rejissorun və mənim xüsusi komandam var idi. Allahverdi, Qusik Simon, Zümrüd Mirzəliyeva və başqalarını misal çəkə bilərəm. Ekran işində tərəf müqabilim yoxdur, ancaq tanınmayan aktyorlar iştirak edib. Onlara belə bir şans verdik ki, öz istedadlarını göstərsinlər. Bakımı sevdiyim üçün bu mahnını kliplə təqdim etdim.

Ekran işində Bakıdan gözəl görüntülər yer alıb. İstədim ki, şəhərin gözəllikləri klipdə əks olunsun. Bu, digər kliplərimdən çox fərqlənir”.

Qeyd edək ki, klipin rejissoru Nail Naiboğludur.

Cəvahir







Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/174707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR