Bu ölkədə uşaqları əzizləmək olmaz - fotolar

Bu ölkədə uşaqları əzizləmək olmaz - fotolar
11:31 4 Noyabr 2016
80 Şou
Ölkə mətbuatı
A- A+

Dünyada bir çox ölkələr var ki, ora getməzdən əvvəl bəzi qayda-qanunları bilməyiniz vacibdir. Çünki həmin ölkələrin qadağa qoyduğu qanunları bilməsəniz, başınıza iş açmış olarsınız.

Axşam.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, həmin ölkələr arasında İordaniya da var. Əgər nə vaxtsa yolunuz bu ölkədən düşsə, o zaman aşağıdakıları bilməyiniz vacibdir:

1.       Ev yiyəsi sizə qəhvə təklif edirsə, ondan imtina etmək olmaz. Hətta, qəhvəyə nifrət etsəniz belə, heç olmasa, bir stəkan için.


2.       Ayağının altını başqasının görməyi ədəbsizlikdir. Bu qayda bir çox müsəlman ölkələrində də var. Qonaq yanında ayağını ayağının üstünə aşıraraq oturmaq və ya ayağını stolun üstünə qaldırıb qoymaq ən böyük ədəbsizlik sayılır.



3.       Evdə ayaqqabı ilə gəzmək olmaz. Hətta, İordaniyada ən varlı adamın evinə belə getsəniz, ayaqqabınız təmiz belə olsa, evə girərkən onu çıxardın. İordaniyada bütün evlər xalça ilə döşənmiş olur.


4.       İordaniyada başqasının uşağını əzizləmək olmaz. Onda valideynlər elə düşünür ki, uşağına göz dəyə bilər. Hətta, bəzi valideynlər çöldə övladlarını öz adları ilə deyil, hər hansı bir ləqəblə çağırırlar. Odur ki, bu ölkədə hansısa uşağın ağlına, gözünə heyransınızsa və ona tərif deyirsinizsə, mütləq “maşallah, Allahın lütfü ilə” kəlmələrindən istifadə edin.



5.       Bu ölkədə heç kim tələsmir. Əgər ioraniyalı birinə görüş təyin edirsinizsə, unutmayın ki, o, “səhrada dəvələrin karvanı” kimi sizin görüşünüzə gələcək.


6.       İordaniyalılar üçün Ramazan çox müqəddəs bayramdır. Onun qayda-qanunlarını pozmaq qadağandır.



7.       İordaniyada ataxaqanlığı hökm sürür. Baxmayaraq ki, Aman şəhərinin idarəetməsində qadınların rolu daha çoxdur, amma ümumilikdə ailənin başşısı kişidir və son qərarı da kişi verir. Kişinin dediklərinin əksinə hərəkət etmək olmaz.



8.       Əgər nə vaxtsa yolunuzu bu ölkədən salmaq istəsəniz, mütləq onun rəqsini öyrənin. Çünki iordaniyalılar rəqs etməyi sevirlər və birdən sizi rəqs etdikləri dairəyə dəvət etsələr, etiraz etməyi ağlınızdan belə keçirməyin. Bu ədəbsizlik sayılır.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60474

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR