Avropa Liqası tarixində ilk dəfə

Avropa Liqası tarixində ilk dəfə
11:42 4 Noyabr 2016
56 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Atletik" klubunun futbolçusu Arits Aduris Avropa Liqasının tarixinə düşüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ispan futbolçu turnirin tarixində ilk penta-trikin müəllifi olub.

35 yaşlı futbolçu buna "Genk"lə ev oyununda imza atıb. Komandasının 5:3 hesablı qələbəsində beş qolla pay sahibi olan Aduris bunlardan üçünü penaltidən gerçəkləşdirib. Fasiləyədək 3, ikinci hissədə 2 qol vuran Aduris 2009-cu ildən Avropa Liqası kimi keçirilən turnirin rekordçularını arxada qoyub.
 
Qeyd edək ki, bunadək rekord eyni matçda 4 qol vuran Radamel Falkao (2010/11) və Edinson Kavaniyə (2012/13) məxsus idi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR