Fransa xarici investorları, o cümlədən azərbaycanlı iş adamlarını bu ölkəyə investisiya yatırmağa çağırır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez deyib.
Səfir bildirib ki, Fransa investorlar üçün cəlbedici ölkədir: "Fransaya sərmayənin yerləşdirilməsi Azərbaycan üçün yaxşı təcrübə ola bilər".
Diplomatın sözlərinə görə, Azərbaycan Fransa üçün mühüm ölkədir və iki ölkə arasında sıx münasibətlər qurulub.
Milli.Az