Gürcüstanın deputatı: "Azərbaycanlılarla bağlı xəbər təxribatdır"

Gürcüstanın deputatı: "Azərbaycanlılarla bağlı xəbər təxribatdır"
12:05 4 Noyabr 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində ölüm hadisəsi baş verib. Belə ki, Marneulinin mərkəzi bazarında işləyən azərbaycanlı qadın Məlahət Məmmədova vəfat edib.

Bəzi yerli KİV-lərdə azərbaycanlı qadının döyülərək öldürüldüyü haqda məlumatlar yayılıb. Məlum olaydan sonra gürcülərlə azərbaycanlılar arasında toqquşmaların ola biləcəyi ehtimal edilir.

Milli.Az bildirir ki, Gürcüstan parlamentinin yeni seçilən azərbaycanlı deputatı Ruslan Hacıyev azvision.az-a deyib ki, soydaşlarımızla gürcülər arasında heç bir toqquşma baş verməyib.

Deputatın sözlərinə görə, bu məsələ yerli mətbuatda məqsədyönlü şəkildə təhrif olunaraq işıqlandırılıb: "Hal-hazırda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır. Son günlər Azərbaycanın bəzi mətbu orqanlarında Gürcüstanda baş verən hadisələr qeyri-obyektiv, qərəzli, əsası olmayan şəkildə təqdim olunur. Bununla Azərbaycan oxucusuna yalnış məlumat verirlər. Son günlər bir sıra xəbər saytlarında Gürcüstan azərbaycanlılarıyla bağlı yazılan məlumatları səhv və provokasiya kimi qiymətləndirirəm. Heç bir problemimiz yoxdur və həyat öz axarında davam edir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/486155.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR