Azərbaycan Türkiyə vətəndaşını ekstradisiya edir

Azərbaycan Türkiyə vətəndaşını ekstradisiya edir
13:05 4 Noyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Türkiyə vətəndaşı Yaşar Kaplan Mustafanın öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az report-a istinadən bildirir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Hakim məhkəmə iclasında Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsinin də iştirak etdiyini bildirib.
Daha sonra məhkəmə qərarı elan edib. Y.Kaplanın Türkiyə Respublikasınıa ekstadisiya olunması barədə qərar çıxarılıb.
Qeyd edək ki, Y.Kaplan Türkiyədə insan alverində təqsirləndirilərək axtarışda olub. O, Azərbaycan ərazisində həbs olunub. Y.Kaplan 2 dəfə Türkiyədə məhbusluq həyatı yaşayıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR