"Qarabağ" "Top-100"də!

"Qarabağ" "Top-100"də!
13:17 4 Noyabr 2016
92 İdman
Ölkə mətbuatı
A- A+

Avrokubokların qrup mərhələsinin IV turundan sonra klubların UEFA reytinqi açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasının 16, Avropa Liqasının 24 qarşılaşması siyahıda müəyyən dəyişikliklərə səbəb olub.

Azərbaycanın 7 klubla təmsil olunduğu siyahıda ən yaxşı nəticə "Qarabağ"a məxsusdur. Yunanıstanda PAOK-u 1:0 hesabı ilə məğlub edən "göy-qaralar" 18,050 xalla 99-cu pillədədir.
 
Qələbə sayəsində 11 pillə irəliləyən "Qarabağ" bu sıçrayışla "Top-100" komanda arasına daxil olub. Təmsilçimiz "Uiqan", Moskva "Spartak"ı, "Udineze", "Sassuolo" kimi komandaları qabaqlayır.   
 
9,800 xala malik "Neftçi" 159-cu, 7,800 xalı olan "Qəbələ" 181-ci pillədə qalıb. Sonuncuların irəliləyə bilməməyinə səbəb Bakıda Fransa "Sent-Etyen"inə 1:2 hesabı ilə uduzmasıdır.
 
1 pillə irəliləyib, 219-cu yerdə qərarlaşan "İnter"in 6,050 xalı var. Bakılılar Bolqarıstan "Slaven"i ilə eyni göstəriciyə malikdirlər.
 
Malta "Valletta"sı və Albaniya "Kukesi"si ilə eyni - 4,550 xala malik "Xəzər Lənkəran" 274-cü yerə şərikdir.  
 
Digər komandalarımızdan "Kəpəz" (4,050) 297-ci, "Bakı" (3,800) 306-cı yerə şərikdir.
 
Qeyd edək ki, İspaniya "Real"ının (151,685) başçılıq etdiyi siyahıda "Bavariya" (Almaniya) 146,756 xalla 2-ci, "Barselona" (İspaniya) 136,685 xalla 3-cü pillədə qərarlaşıb. Ümumilikdə isə siyahıda 453 komanda yer alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR