Litva XİN: "Azərbaycan "Şərq tərəfdaşlığı" üçün vacib ölkədir"

Litva XİN: "Azərbaycan "Şərq tərəfdaşlığı" üçün vacib ölkədir"
13:22 4 Noyabr 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan "Şərq tərəfdaşlığı" proqramı üçün vacib ölkədir".

Milli.Az bildirir ki, bu sözləri Trend-ə Litva xarici işlər nazirinin mətbuat məsələləri üzrə müşaviri Kestutis Vaşkeleviçyus deyib.

Litva rəsmisi deyib: "Litvanın mövqeyi ondan ibarətdir ki, "Şərq tərəfdaşlığı" proqramının bütün ölkələrinə dəstək göstərilməlidir. Bütün bu ölkələr proqram üçün mühüm rol oynayır".

K.Vaşkeleviçyusun sözlərinə görə, daha əvvəl KİV Litva xarici işlər naziri Linas Linkyaviçyusun sözlərini düzgün təqdim etməyib. Noyabrın 2-də Kopenhagendə çıxış etmiş litvalı nazir məhz "Şərq tərəfdaşlığı" ölkələrinə dəstək göstərilməsini ifadə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/486245.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR