Doğuş anını anbaan çəkdi və paylaşdı - fotolar

Doğuş anını anbaan çəkdi və paylaşdı - fotolar
14:36 4 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Amerikalı aktrisa Syuzan Sarandonun qızı Yeva Amurri ikinci övladını dünyaya gətirib.
 
Axşam.az-ın Rusiya mətbuatına istindən verdiyi məlumata görə, Yeva doğuş prosesini foto-kadra köçürərək, daha sonra şəxsi saytında yayımlayıb. Şəkillərdə sancı prosesi və uşağın doğulma anı əks olunub.

Fotolardan görünür ki, doğuş xəstəxanada deyil, evdə olub. Bu zaman Yevanın yanında əri Kayl Martino da iştirak edib.

Xatırladaq ki, Yeva Amurri ilə Kayl Martino 2011-ci il oktyabrın 29-da evləniblər. 2014-cü ilin avqustunda cütlüyün ilk övladları - qızları Marlou dünyaya gəlib.






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR