Teatrda kuryoz hadisə: Əməkdar artist tamaşaçıya əsəbləşdi - FOTO

Teatrda kuryoz hadisə: Əməkdar artist tamaşaçıya əsəbləşdi - FOTO
14:47 4 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycanda məşhur teatrda maraqlı hadisə baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında "Maraqlı fiqur və ya siçan qadın" adlı tamaşada gözlənilməz anlar yaşanıb.

Belə ki, tamaşanın gedişi zaman baş rol ifaçısı, əməkdar artist Vidadi Həsənov gözlənilmədən səhnəyə enərək tamaşaçılardan birinə yaxınlaşıb, ondan telefonu söndürməsini tələb edib.

"Qafqazinfo" olaraq biz də hadisənin təfərrüatı ilə maraqlandıq.

Məlum olub ki, tamaşa başlayan zaman izləyicilərdən biri telefonla danışıb.

Aktyor V. Həsənov tamaşanı yarıda kəsərək "Kimdir o?" - deyib. Aktyorun reaksiyası isə zalda birmənalı qarşılanmayıb. Sözügedən tamaşada baş verənlər bununla bitməyib.

Əməkdar artist növbəti dəfə tamaşanı kəsərək səhnədən aşağı enib. Buna səbəb isə digər tamaşaçının telefonla oynaması olub. Aktyor həmin tamaşaçıya: "Ayıb deyil? Telefonla oynama, ayıbdır", - deyərək irad tutub.

Hətta onlar arasında kiçik mübahisə də yaranıb.

"Qafqazinfo" mövzu ilə bağlı teatrşünas Məryəm Əlizadə ilə əlaqə saxlayıb.

Ekspert bildirib ki, teatrda bu cür halların baş verməsi normaldır:

"Dünyanın hər bir yerində belə reaksiyalarla rastlaşmaq olar. Əgər o anda situasiya bunu tələb edirsə, belə addım atmaq normal bir şeydir. Mənim yadımdadır, universitet tələbəsi idik. Tətildə tamaşaya getmişdik. İsmayıl Dağıstanlı səhnədə "Lenin" obrazını canlandırmışdı.

Zalda məktəblilər səs-küy yaradırdılar. Aktyor məcburiyyətdən dayanıb zalı sakitləşdirdi. Daha sonra İsmayıl müəllim tamaşanı oynamağa başladı. Görünür ki, tamaşaçılar etika qaydalarını pozub. Burada heç bir xəta axtarmamalıyıq. Aktyorun yaradıcılıq prosesinə mane olmamalıyıq. Düzdür, aktyor da bir az səbirli olmalı idi".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/486268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR