MTRŞ: Narazılığa səbəb olan verilişlər nəzarət altındadır

MTRŞ: Narazılığa səbəb olan verilişlər nəzarət altındadır
14:53 4 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

“İctimaiyyətin narazılığına səbəb olan, sosial şəbəkələrdə çoxluq tərəfindən obyektiv şəkildə tənqid edilən verilişlər nəzarət altındadır”.

Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O qeyd edib ki, hazırda bu istiqamətdə işlər aparılır: “Yayımçılar tamaşaçıdan gələn reaksiyanı nəzərə almalıdırlar. Bu barədə biz öz iradlarımızı telekanallara mütəmadi olaraq çatdırırıq. Təbii ki, biz Şura olaraq verilişlərin məzmununa müdaxilə etməyi doğru bilmirik. Hər zaman olduğu kimi bu cür məsələlərdə ilk addımı telekanallardan gözləyirik. Məsələn, bu yaxınlarda “Space” belə bir jest etdi. Narazılıq yaradan verilişin bağlandığını bildirdi. Lakin yayımçılar addım atmayanda, inzibati metodlardan istifadə zərurəti yaranır”. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/174745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR