Ankarada fövqəladə toplantı - Türkiyəyə hücum başlandı

Ankarada fövqəladə toplantı - Türkiyəyə hücum başlandı
15:08 4 Noyabr 2016
261 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa Birliyi ölkələrinin Türkiyədəki səfirləri Ankarada fövqəladə toplantı keçirmək qərarını verib.

Publika.az
xəbər verir ki, fövqəladə toplantı HDP millət vəkillərinin həbsi ilə bağlıdır.

Toplantının bu gün keçiriləcəyi gözlənilir. Toplantı ilə bağlı ətraflı məlumat verilmir.

Qeyd edək ki, dünən gecə HDP həmsədri Səlahəddin Dəmirtaş və 11 millət vəkili terrora dəstək ittihamı ilə saxlanılıb.

Bu həbslərə etiraz olaraq, PKK bu gün Diyarbəkirdə 8 nəfərin ölüməsi, 100-dən çox insanın yaralanması ilə nəticələnən terror aktı törədib. Bunun fonunda Avropa Birliyi ölkələrinin səfirlərinin föqəladə toplantı keçirmək qərarlarını Türkiyəyə diplomatik cəbhədən hücum olaraq qiymətləndirilə bilər.

Publika.az-ın həbslərlə bağlı hazırladığı təhlilində də bu hücumların olacağı proqnozlaşdırılırdı.

Gündüz TBMM-də, axşam Qəndildə: terrorun “sivil üzü”nə gecə əməliyyatı - TƏHLİL

Türkiyədə gecə əməliyyatı ilə HDP-nin həmsədri Səlahəddin Dəmirtaş və 11 millət vəkili həbs olundu.



Asif

Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174748.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR