Bazarda yalnız özəl banklar qalacaq

Bazarda yalnız özəl banklar qalacaq
15:18 4 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sağlamlaşdırılması ilə bağlı Maliyyə Nazirliyi ilə sıx təmasdadır".

Publika.az xəbər verir ki, bunu MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib. O deyib ki, bankın balansında olan toksik aktivlərin çıxarılması prosesi uğurla davam edir: “Bankın menecmenti və səhmdarları onu özəlləşdirməyə hazırlamaq məqsədilə kiçildilmə, yəni aktivlərinin azaldılması istiqamətində işlər görür. Bank aktiv və öhdəliklərini industriyanın başqa oyunçularına ötürür. Biz düşünür ki, bu proses 2017-ci ildə də davam etdirilməlidir. Bankın kapitalının daha dayanıqlı, aktivlərinin keyfiyyətinin daha da sağlamlaşdırılması, ən əsası isə bank daha dayanıqlı gəlir generasiya edə bilməsi üçün institusional təkmilləşdirmə proqramımız var. 2017-ci il üçün bu proqram bankın menecmenti ilə onun əsas səhmdarı olan Maliyyə Nazirliyi ilə birgə hazırlanıb və Palataya təqdim olunub. Bu gün 2017-ci ildə görüləcək işlərin müzakirələri davam etdirilir. Əminik ki, 2017-ci ildə görüləcək bu tədbirlər bankın sağlamlaşdırılmasının başa çatdırılmasını təmin edəcək".

R.Aslanlı əlavə edib ki, tənzimləyici bazarda yalnız özəl bankların olmasının tərəfdarıdır.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bank/174752.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR