"Təranəylə sevgili deyiləm..." - FOTO

"Təranəylə sevgili deyiləm..."  - FOTO
15:22 4 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Pauerliftinq üzrə dünya çempionu Ceyhun Vəliyev prodüser Təranə Səmədova ilə sevgili olması barədə yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, idmançı prodüserin "ATV maqazin onlarla" verilişində səsləndirdiyi fikirlərə cavab verib.

C. Vəliyev Səmədova ilə sevgili olmadığını söyləyib:

"Təranə Səmədova əvvəllər PR-menecerim, eyni zamanda işlədiyim idman kompleksində tələbəm olub. Onunla aramızda heç bir sevgi münasibəti olmayıb. Təranənin dedikləri həmişəki kimi qalmaqal yaradaraq gündəmə gəlməkdir. Mən onu 3 ildir ki, tanıyıram və eyni taktika ilə yoluna davam edir. Buna da normal baxıram, şou-biznesdə kiməsə tələbat azalırsa, işi və yaradıcılığı ilə gündəmə gələ bilmirsə, bu tip qalmaqallara əl atır.

Özünü isə süni şəkildə tələbatlı biri kimi göstərmək istəyir. Müsahibəsinə baxdım, 6 yaşlı qızını yanında gördüm. Qız övladının yanında eks-sevgililərindən danışıb uşağın psixologiyasını pozmaq utancverici bir hadisədir. TV-də yayımlanan müsahibədə fotolarımız yerləşdirilib. Həmin fotolar "Sarmaş-dolaş" adlı layihə üçün çəkilib. Bunu dəfələrlə biz vurğulamışıq".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR