YAP-çı deputat: “Son həbslər milli təhlükəsizlik məsələləri ilə bağlıdır”

YAP-çı deputat: “Son həbslər milli təhlükəsizlik məsələləri ilə bağlıdır”
15:38 4 Noyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

“Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) üzvü olan 12 deputatın həbsi milli təhlükəsizlik məsələləri ilə bağlıdır”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputatı, politoloq Hikmət Babaoğlu bildirib.

YAP-çı deputat deyib ki, hər bir dövlətin beynəlxalq hüquq tərəfindən tanınmış sərhədləri daxilində öz milli maraqlarını və təhlükəsizliyini təmin etmək hüququ var:

“Təəssüf ki,Türkiyə Cümhuriyyəti uzun illərdir terrordan əziyyət çəkir. Ona görə də indiki kritik tarixi mərhələdə daha qətiyyətli addımlar atmağa məcburdur. Hamıya bəllidir ki, coğrafi mövqe etibarilə qardaş Türkiyə Cümhuriyyəti nə qədər əlverişli regionda yerləşsə də, bir o qədər də təhlükəli və xaosun yaşandığı bir regiondadır”.

H.Babaoğlu qeyd edib ki, Türkiyə olduqca düşünülmüş, ağıllı və cəsarətli qərarlar qəbul etməyə məhkumdur:

“Əks təqdirdə, Yaxın Şərq kimi mürəkkəb bir geostrateji rayonda mövcudluğunu qoruması çox çətin ola bilər. Ona görə də bu ölkənin müvafiq güc strukturları ən müxtəlif təhlükəsizlik tədbirləri həyata keçirirlər. Görünür, bu həbslər də milli təhlükəsizlik məsələləri ilə bağlıdır və Türkiyənin daxili işidir. Ona görə də Qərbin məsələyə münasibəti düşünürəm ki , anlaşılan deyil. Çünki Qərb ölkələri də terror məsələsində olduqca həssasdırlar və öz təhlükəsizlikləri naminə ən radikal qərarlar qəbul etməkdən çəkinmirlər”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/174753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR