Moskvada erməni təxribatının qarşısı alındı - FOTO

Moskvada erməni təxribatının qarşısı alındı - FOTO
15:42 4 Noyabr 2016
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Moskvada Kreml meydanında "Xalqların Birliyi Günü" adlı parad keçirilib.

Milli.Az xəbər verir ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva üzrə rəhbəri Şamil Tağıyev APA-ya bildirib ki, paradda azərbaycanlılar fəal iştirak ediblər.
 
ÜAK, "Azərbaycan mədəniyyətinin inkişaf və intibah" Fondu və "Azərbaycan-Slavyan" Gənclər Assosiasiyasının qatıldığı paradda xeyli sayda Azərbaycan bayraqları, milli mədəniyyət nümunələri, Azərbaycanla bağlı şüarlar, o cümlədən "Qarabağ" ansamblının musiqi nömrələri nümayiş etdirilib.
 
Ş.Tağıyev bildirib ki, parad keçirilən vaxt bir qrup erməni separatçı Dağlıq Qarabağ rejiminin bayrağını nümayiş etdirməyə cəhd göstərib.
 
"Lakin azərbaycanlıların sərt reaksiyası nəticəsində polisin və Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən bunun qarşısı alınıb, qondarma qurumun bayrağı yığışdırıldı.
 
Rusiya Prezident Administrasiyasının paradda iştirak edən rəsmisi də separatçıların bayrağını nümayiş etdirənlərə narazılığını çatdırdı", - deyə Ş.Tağıyev qeyd edib.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/486348.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR