PAOK-un futbolçusu: "Biz meydanda daha yaxşı idik"

PAOK-un futbolçusu: "Biz meydanda daha yaxşı idik"
16:12 4 Noyabr 2016
80 İdman
Ölkə mətbuatı
A- A+

Bu nəticədən heç kim məmnun ola bilməz. Amma fikrimcə, biz meydanda daha yaxşı idik. Hərçənd, sərgilədiyimiz oyundan razı olduğumuzu deyə bilmərik.

Milli.Az report-a istinadən bildirir ki, bunu Yunanıstan PAOK-unun futbolçusu Yorqos Tsavelas "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin IV tur matçından sonra deyib.

29 yaşlı müdafiəçi bildirib ki, yaranmış vəziyyət klub daxilində müzakirə olunmalıdır: "İşimizi bu istiqamətdə davam etdirə bilmərik. Bizə dəyişmək lazımdır. Bu, "Qarabağ"la hər iki matçda göstərdiyimiz oyunla əlaqədar edilməlidir. Rəqib elə də çox qol vəziyyəti yarada bilmədi. Amma futbol oynamağa çalışdı, səbrlə çıxış etdi. Biz isə lazımi səviyyədə hazırlıqlı komanda kimi təsir bağışlamadıq. Nə isə alınmadı".

Qarşıda PAOK-u İtaliya "Fiorentina"sı ilə çətin səfər oyunu gözləyir. Tsavelas artıq növbəti mərhələyə vəsiqə verən ilk 2 pillədən geridə qaldıqlarını və noyabrın 24-də keçiriləcək qarşılaşmada çox iş görmələrinin gərəkliyini vurğulayıb.

Qeyd edək ki, hazırda J qrupuna 10 xalla "Fiorentina" başçılıq edir. "Qarabağ" 7 xalla 2-ci, PAOK 4 xalla 3-cü pillədədir. Sonuncu pillədə isə cəmi 1 xalı olan Çexiya "Slovan"ı qərarlaşır. Növbəti turda "Fiorentina" - PAOK və "Slovan" - "Qarabağ" matçlarında heç-heçə qeydə alınsa, İtaliya və Azərbaycan təmsilçiləri son turda Bakıda keçiriləcək oyunun nəticəsindən asılı olmayaraq, ilk 2 pillənin sahibləri kimi 1/16 finala vəsiqə qazanacaqlar. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486272.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR