Rəqsanə İlhamə Quliyevanın veto qoyduğu mahnını oxudu və... - VİDEO

Rəqsanə İlhamə Quliyevanın veto qoyduğu mahnını oxudu və... - VİDEO
16:18 4 Noyabr 2016
279 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Rəqsanə mərhum Xalq artisti İlhamə Quliyevanın mahnısını oxuyub.

Publika.az xəbər verir ki, müğənni toy mərasimlərin birində mərhum həmkarının “Neylərsən mənə” adlı mahnısını ifa edib.

Həmin görünütünü “İnstagram” səhifəsində paylaşan Rəqsanənin bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən heç də xoş qarşılanmayıb.

Hətta onu təhqir edənlər də olub: “At ölüb, itlərin kefidir”.

Qeyd edək ki, sağlığında İlhamə Quliyeva ilə Rəqsanə arasında qalmaqal yaşanmışdı.

Belə ki, Rəqsanə “Neylərsən mənə” adlı mahnını oxuyandan sonra İ.Quliyeva ona sərt şəkildə reaksiya verərək, mahnısını icazəsiz ifa etməyə qadağa qoymuşdu.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/174756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR