Azərbaycanda ailə zorakılığı: 32 qadın, 10 kişi öldürülüb

Azərbaycanda ailə zorakılığı: 32 qadın, 10 kişi öldürülüb
16:22 4 Noyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda məişət zorakılıqlarının artması statistika ilə bağlı məsələ deyil. İnsanlar məişət zorakılığı haqqında qanunvericilik və onun təminatları ilə məlumatlandıqca bizə daha çox müraciət edirlər. Nəticədə ailədə baş verən məsələlər üzə çıxır, məlumatlar cəmiyyətdə yayılır.

Milli.Az bildirir ki, bunu azvision.az -a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyib. Komitə rəsmisi qeyd edib ki, indi zorakılıq ailədə sirr olaraq qalmır, aidiyyəti qurumlara müraciət olunur. 

"Ailə zorakılığı hər zaman gizli qalan məsələ olub, bununla bağlı konkret statistika vermək çətindir. Əhali arasında müəyyən sosioloji sorğular keçirməklə statistika verə bilərik, amma bu, ölkədəki real vəziyyəti göstərmir. Bununla bağlı komitə tərəfindən profilaktik işlər aparılır. Eyni zamanda məişət zorakılığı ilə əlaqədar Məlumat Bankı formalaşdırılıb. Hal-hazırda ailə məişət zəminində zorakılıqla bağlı statistikanı Daxili Işlər Nazirliyindən alırıq. Bunlar isə qeydə alınmış faktlardır. Qeydə alınmayan məişət zorakılıqları isə statistikadan dəfələlərlə çoxdur". 

T.İbrahimova əvvəlki illərlə müqayisədə qətillərinin artıb-artmaması haqqında fikir söyləməyin tez olduğunu bildirib: "Qadın qətillərinin əvvəlki illərlə müqayisədə artıb-artmadığını ilin sonunda deyə bilərik. 2015-ci ilin statistikasına görə ailə məişət zorakılığı cinayətləri nəticəsində 32 qadın, 1 yetkinlik yaşına çatmayan uşaq və 10 kişi qətlə yetirilib. 2016-ci ilin 6 ayında 2 qətil hadisəsi qeydə alınıb. Oktyabrın 23-də Zərdabda, 31-də isə Qəbələdə qətil hadisəsi olub. Bu məsələlərlə yaxından tanış olduq, yerindəcə vəziyyəti öyrəndik. Ailələrə səfər edildi, azyaşlı uşaqların gələcək taleyi ilə bağlı işlər gedir və nəticələri yaxın vaxtlarda bilinəcək. Maraqlısı odur ki, Qəbələdə baş verən hadisədə qadın qətlə yetirilməmişdən qabaq bir çox qurumlara müraciət edib, sonradan ərizəsini geri götürüb və həyat yoldaşı ilə barışıb. Yenidən boşanma məsələsi olub, xanım gəlin köçdüyü evi tərk edib. Təəssüflər olsun ki, bəzən ailəni barışdırmaq istəyirik, amma çox ağır fəsadlar baş verir. Bu hallarda mütləqdir ki, orada vəziyyət düzgün qiymətləndirilsin. Təhlükənin, zorakılığın təkrarlanacağı məsələyə düzgün qiymət verilməlidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/486368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR