Prosineçki millinin heyətini açıqladı

Prosineçki millinin heyətini açıqladı
16:27 4 Noyabr 2016
81 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Fanat.Az xəbər verir ki, baş məşqçi Robert Prosineçki ilin son oyunu üçün heyətə 25 futbolçu daxil edib.

 

Xorvatiyalı mütəxəssis DÇ-2018-in seçmə mərhələsi çərçivəsində noyabrın 11-də Şimali İrlandiya ilə keçiriləcək səfər qarşılaşması üçün aşağıdakı futbolçulara dəvət göndərib:


Qapıçılar: Kamran Ağayev (“Boavişta”, Portuqaliya), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“İnter”);

Müdafiəçilər: Tərlan Quliyev (“İnter”), Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov (hamısı “Qarabağ”), Pavel Paşayev (“Stal”, Ukrayna), Məhəmməd Mirzəbəyov (“Qəbələ”);

Yarımmüdafiəçilər: Ruslan Abışov (“İnter”), Rahid Əmirquliyev, Əfran İsmayılov, Qara Qarayev (hamısı “Qarabağ”), Dmitri Nazarov (“Aue”, Almaniya), Rəhman Hacıyev, Araz Abdullayev (hər ikisi “Neftçi”), Eddi İsrafilov (“Kadis”, İspaniya), Emin Mahmudov (“Boavişta”, Portuqaliya), Elvin Məmmədov (“Zirə”)

Hücumçular: Ağabala Ramazanov (“İnter”), Ruslan Qurbanov (“Qəbələ”), Namiq Ələsgərov (“Qarabağ”), Ramil Şeydayev (“Trabzonspor”, Türkiyə), Dəniz Yılmaz (“Bursaspor”, Türkiyə).


 

Qeyd edək ki, bir müddət əvvəl milliləşdirilən “Bursaspor”un hücumçusu Dəniz Yılmaz ilk dəfə Azərbaycan yığmasınıa çağırılıb. Həmçinin zədəsini sağaldan Elvin Məmmədov və Əfran İsmayılov yenidən yığmaya dəvət olunub.

 

Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-prosinecki-millinin-heytini-acqlad-t53911.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR