Türkiyədə daha bir partiya rəhbəri tutuldu - VİDEO

Türkiyədə daha bir partiya rəhbəri tutuldu - VİDEO
16:33 4 Noyabr 2016
50 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Demokratik Bölgələr Partiyasının həmsədri Sebahat Tuncel Diyarbəkr ədliyyə binası qarşısında saxlanılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Sebahat Tuncelin də aralarında olduğu bir qrup polisin xəbərdarlıqlarına baxmayaraq, ərazini tərk etməyib.

Onlar Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Demirtaş və Figen Yüksekdağın Diyarbəkr ədliyyəsinə gətirilməsinə etiraz edirdilər. Polis qrupa dağılması üçün xəbərdarlıq edib. Xəbərdarlıqdan sonra qrupun böyük hissəsi ərazini tərk edib. Lakin aralarında HDP-li millət vəkili Sibel Yiğitalp və Sebahat Tuncelin də olduğu 10 nəfərlik qrup polisə müqavimət göstərib.

Bundan sonra polis Sebahat Tuncelin də aralarında olduğu 10 nəfərlik qrupu saxlayıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR