"Premium-95" markalı benzin çatışmazlığı aradan qaldırıldı

"Premium-95" markalı benzin çatışmazlığı aradan qaldırıldı
17:12 4 Noyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) son iki gün ərzində müşahidə olunan "Premium-95" markalı benzin çatışmazlığı məsələsini həll edib.

Milli.Az bildiri ki, bunu Trend-ə SOCAR-dakı mənbə deyib.

Mənbənin sözlərinə görə, ölkədə "Premium-95" markalı benzin istehsal olunmadığı üçün onu xaricdən idxal etmək lazım gəlir. O, Azərbaycanda bu tip benzinə böyük tələbat olduğunu bildirərək, artıq ölkəyə yeni yanacaq partiyasının daxil olduğunu qeyd edib.

Aİ-95 benzininin istifadəsi 2018-ci ilədək davam edəcək. Həmin tarixdən etibarən isə Bakıda Avro-5 standartlı benzin istehsal olunacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR