Abid Şərifov: "Bunun üçün gərək Bakı şəhərinin bütün asfalt yollarını dağıdaq"

Abid Şərifov: "Bunun üçün gərək Bakı şəhərinin bütün asfalt yollarını dağıdaq"
17:52 4 Noyabr 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Fövqəladə hallar üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Abid Şərifov son aylar yağan yağışlar nəticəsində Bakının Binəqədi rayonu və digər ərazilərində yaranan problemlərlə bağlı məsələyə münasibət bildirib.

Milli.Az bildirir ki, baş nazirin müavini A.Şərifov ölkə.az-a açıqlamasında deyib ki, paytaxtda yaranan bu cür problemlərin səbəbi Bakı şəhərində yağış kanalizasiyasının olmaması ilə əlaqədardır.

Onun sözlərinə görə, Bakı şəhərində yağış kanalizasiyasının qurulması üçün milyardlarla vəsait tələb olunur:

"Məgər güclü yağışlar Bakıdan başqa şəhərlərdə problem yaratmır? Yaxud da dünyada təkcə Bakı şəhəri təbii fəlakətlərə, qışa, selə hazır deyil? Birincisi, selə, leysana heç kəs əvvəlcədən tam hazır ola bilməz. Hər bir şəhərdə yağışlar problem yaradır.

Digər tərəfdən isə Bakı şəhərində kanalizasiya kollektoru 50-60 il əvvəl salınıb. Çox təəssüf ki, bəzi mətbuat orqanları problemin kökünü anlamadan çaşdırıcı məlumatlar yayır. Bakıda yağışlar yağan zaman bir sıra qəzetlər ağıllarına gələni yazırdı. Ancaq onlar başa düşmür ki, Bakı şəhərinin kanalizasiyası 50-60 il əvvəl salınıb. Bakıda 50-60 il bundan qabaq isə cəmi 1 milyona yaxın əhali yaşayırdı. Ona görə də 50-60 il öncə salınan kanalizasiya xətləri 1,5-2 milyon nəfərlik əhali üçün hesablanıb.

İndi isə Bakı sürətlə inkişaf edir, bu, göz qabağındadır. Doğrudan da, bu şəhər böyüyür, əhalisi artır. Ancaq Bakının kanalizasiya xətləri indikindən bir neçə dəfə az saylı əhali üçün salınmışdı. Əgər yağış yağırsa və həmin yağış sularının axması üçün kanalizasiya xətləri yoxdursa, o zaman bunun qarşısını necə almaq olar? İndi Bakıda yağışdan sonra yaranan bütün problemlərin kökündə də məhz bu amil dayanır".

A.Şərifov vurğulayıb ki, Bakı şəhərində kanalizasiya kollektorunun salınması elə də asan məsələ deyil:

"Bunun üçün gərək Bakı şəhərinin bütün asfalt yollarını dağıdıb, yenidən salasan. Ona görə də Bakıda yağış suları üçün nəzərdə tutulan kanalizasiya xətlərinin yüksək səviyyədə salınması hər hansı məmurun, icra başçısının bacardığı iş deyil. Bunun üçün dövlət proqramı hazırlanmalıdır. Yeri gəlmişkən, cənab prezident İlham Əliyevin tapşırığı ilə bununla bağlı müvafiq layihələr və onun iqtisadi əsaslandırmaları hazırlanır. Bura Bakı şəhərinin kanalizasiya xətlərinin dəyişdirilməsi məsələsi də daxildir. Artıq paytaxtın kanalizasiya xətlərinin təqribən 70 kilometrə yaxın hissəsi yenilənib. Bu kanalizasiya yerin altı ilə tunellərlə gedir və heç kəs də onu görmür. Hazırda bu istiqamətdə hazırlıq işləri gedir. Yəqin ki, bunun icrasına yaxın illərdə başlanılacaq. Bundan sonra isə Bakının kanalizasiya xətlərinin yenidən qurulması işlərinə başlanılacaq. İndi Bakıda elə yerlər var ki, oradan keçən kanalizasiya xətləri 30 metr dərinlikdə yerləşir".

A.Şərifov təbii fəlakətlərin aradan qaldırılması zamanı Azərbaycan hökumətinin yüksək peşəkarlıq nümayiş etdirdiyini söyləyib:

"Bir neçə il bundan qabaq Kür çayında suyun səviyyəsi kəskin şəkildə artmışdı, sel gəlmişdi. Ancaq mən, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə, Fövqəladə Hallar və Daxili İşlər Nazirliklərinin rəhbərliyi dövlət başçısının tapşırığı ilə gedib Kür çayının ətrafında oturub, topoqrafik xəritə ilə gecə-gündüz çalışdıq və müəyyən etdik ki, haralara sel gələ bilər. Hətta həmin vaxtı Kür ətrafı kəndləri gecə-gündüz gəzib yoxlayırdıq. Bilirdik ki, bir saatdan sonra Sabirabadın filan kəndini su basa bilər. Ona görə də biz həmin kəndin sakinlərini köçürüb, orada bəndvurma və bərkitmə işləri görürdük. Bütün bunların nəticəsində isə imkan vermədik ki, bir nəfər xəsarət alsın və sel insanlara ciddi ziyanlar vursun. Həmin vaxt Kür suyu kəndlərə sel gətirdi, ancaq xoşbəxtlikdən bir nəfər belə xəsarət almadı. Halbuki, sel təbii fəlakətdir və bununla insanın mübarizə aparması çətindir. Ancaq Avropa, Amerika və digər ölkələrin şəhərlərinə baxın. Hər dəfə bu şəhərlərdə baş verən təbii fəlakətlər nəticəsində nə qədər insanlar həyatını itirir.

Yəqin ki, hər kəs televiziya kanalları vasitəsilə Avropa və Amerika ölkələrində baş verən təbii fəlakətlərin, daşqınların hansı fəsadlar törətdiyini izləyə bilər. Dünyanın ən inkişaf etmiş ölkələrinin paytaxtları da suyun altında qalır".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Yeltsinin transeksual övladı Putini devirmək üçün HƏRƏKƏTƏ KEÇDİ: ABŞ-a MÜRACİƏT

23 Sentyabr 2017 11:28

Bu gün voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçiriləcək

23 Sentyabr 2017 11:27

Bakıda taksidən mobil telefon oğurlanıb

23 Sentyabr 2017 11:27

Bakıda şirkətdən 270 min manata yaxın pul oğurlandı

23 Sentyabr 2017 11:24

“WhatsApp”la bağlı YENİLİK

23 Sentyabr 2017 11:24

"Falçı Səkinə"nin məhkəməsində zərərçəkmiş ifadə verib: "Balam şikəst qaldı, məni sağaldardın da"

23 Sentyabr 2017 11:22

Məşhur milyarder qızına 350 minlik hədiyyə aldı - FOTO

23 Sentyabr 2017 11:18

Dodaq uçuğuna səbəb bu virusdur

23 Sentyabr 2017 11:17

"Nobel"i Merkel yox, Ərdoğan almalıdır

23 Sentyabr 2017 11:15

Ərdoğanın İrana səfər tarixi açıqlandı

23 Sentyabr 2017 11:13

Dövlət Baytarlıq Nəzarəti Xidməti tender keçirir

23 Sentyabr 2017 11:07

Elgiz verilişdən qovuldu - QALMAQAL

23 Sentyabr 2017 11:04

“Rusiya ssenarisi” RƏDD EDİLDİ: sülhməramlılar...

23 Sentyabr 2017 11:03

İstanbulun bələdiyyə başçısı istefa verdi

23 Sentyabr 2017 11:03

Türkiyə prezidentinin İrana səfərinin tarixi açıqlanıb

23 Sentyabr 2017 11:02

Hər kəsin gözlədiyi DERBİ

23 Sentyabr 2017 10:58

Polad Ələmdar "Kurtlar Vadisi Pusu"nun BAŞLAYACAĞI VAXTI AÇIQLADI - VİDEO

23 Sentyabr 2017 10:53

"Binə" Ticarət Mərkəzindən 13 min manatlıq oğurluq edən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

23 Sentyabr 2017 10:52

Yutubdan vacib yenilik

23 Sentyabr 2017 10:48

Qızıl bahalaşdı

23 Sentyabr 2017 10:45

Tarkandan Rusiyaya GÖZLƏNİLMƏZ JEST - FOTO

23 Sentyabr 2017 10:38

Azərbaycanda yığılan Belarus traktorları Türkiyəyə ixrac ediləcək

23 Sentyabr 2017 10:37

Barmaq izinin tanınması sistemlərində boşluqları aşkarlayacaq süni barmaq yaradılıb

23 Sentyabr 2017 10:35

“Google Play” servisi əlavələr üçün böyük platformaya çevrilib

23 Sentyabr 2017 10:35

“Referendum qeyri-qanunidir və qəbul edilə bilməz”

23 Sentyabr 2017 10:35

57 yaşlı əməkdar artistə elçi gəldi: “Kişi xaricidir” – VİDEO - FOTO

23 Sentyabr 2017 10:34

Dünya birjalarında neft

23 Sentyabr 2017 10:34

20 min əsgər SƏRHƏDƏ YERİDİLDİ: hər an müharibə BAŞLAYA BİLƏR

23 Sentyabr 2017 10:33

Bakıda arvadını xüsusi amansızlıqla öldürmək istəyən şəxs apellyasiya şikayəti verib

23 Sentyabr 2017 10:32

Təmizlik işləri görməklə çəki ata bilərsiniz

23 Sentyabr 2017 10:30

Bu ölkələr çaylarımızı çirkləndirib

23 Sentyabr 2017 10:28

“Bayer” doğma meydanda xal itirdi

23 Sentyabr 2017 10:19

ABŞ-a qarşı savaş andı içdilər - MÜHARİBƏ YAXINLAŞIR

23 Sentyabr 2017 10:18

Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verildi

23 Sentyabr 2017 10:14

Bu gün Azərbaycan Premyer Liqasında VI turun daha iki oyunu keçiriləcək

23 Sentyabr 2017 10:12

Kənd təsərrüfatı naziri Salyanda yeni istifadəyə verilmiş pambıq qəbulu məntəqəsində olub

23 Sentyabr 2017 10:07

Son 10 gündə çayların sululuq səviyyəsi

23 Sentyabr 2017 10:06

Heç yerdə görmədiyiniz NADİR TARİXİ FOTOLAR

23 Sentyabr 2017 10:03

Prokuror bacısına mesaj yazdığına görə 21 yaşlı gənci öldürən şəxsin hökmündən protest verib

23 Sentyabr 2017 10:02

Elgiz Əkbər işdən qovuldu

23 Sentyabr 2017 10:02

Böyük "Youtube" kanalı olanlara PİS XƏBƏR VAR

23 Sentyabr 2017 09:59

5 yaşlı Medianews.az

23 Sentyabr 2017 09:58

Cəbhədə gərgin gecə

23 Sentyabr 2017 09:55

"Yuventus" ötən maliyyə ilini fantastik gəlirlə başa vurdu

23 Sentyabr 2017 09:53

Türkiyə referendumla bağlı vacib çağırışlar etdi

23 Sentyabr 2017 09:52

Aygün Kazımovanın konsertindən

23 Sentyabr 2017 09:45

Jurnalist Xədicə İsmayıl ölkədən çıxışına məhdudiyyətin götürülməsi ilə bağlı məhkəməyə müraciət edib

23 Sentyabr 2017 09:42

Atəşkəs 112 dəfə pozuldu

23 Sentyabr 2017 09:39

200 milyon dollarlıq kokain partiyası ələ keçdi

23 Sentyabr 2017 09:38

Ermənilər iriçaplı pulemyotlardan və qumbaraatanlardan da istifadə etməklə atəşkəsi 112 dəfə pozub

23 Sentyabr 2017 09:37