Nurgül Yeşilçay 2 ilə qədər həbs oluna bilər

Nurgül Yeşilçay 2 ilə qədər həbs oluna bilər
18:06 4 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Aktrisa Nurgül Yeşilçay və aktyor Erkan Petekkaya arasında məhkəmə prosesi baş tutub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor məhkəmədə Nurgülün "Paramparça" serialının çəkilişi zamanı hər kəsin qarşısında onu söydüyünü iddia edib. Bu şikayət səbəbi ilə aktrisanın 2 ilə qədər həbsi tələb edilib.

Petekkaya ifadə verərkən əsəbiləşib və təzyiqinin qalxdığını deyərək oturmaq istəyib:
 
"Öpüşmə səhnəsi ilə bağlı mübahisə etməmişik. Mən onun iddia etdiyi kimi "Sən öpüşmələrə öyrəşmisən" cümləsini işlətməmişəm. Öpüşmə səhnəsi daha əvvəl çəkilmişdi. Ondan sonra istirahətə getdik, 19:00-da yenidən bir araya gəldik. Ssenariyə görə, Nurgüldən "Gülseren, hansı mahnını sevirsən" soruşdum. O isə mənə məni söydü və çəkiliş meydançasını tərk etdi. Çəkilişi də bitirə bilmədik".

N.Yeşilçay məhkəməyə gəlmədiyi üçün növbəti prosesdə onun məcburi şəkildə zala gətirilməsi üçün qərar verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR