Messi baş məşqçiyə üsyan etdi

Messi baş məşqçiyə üsyan etdi
21:11 5 Yanvar 2015
247 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın hücumçusu Lionel Messi baş məşqçisi Luis Enrikenin "Real Sosyedad"la görüşə çıxardığı heyətdən narazı qalıb.

Argentinalı futbolçunun L.Enrikenin “Barselona”nın taktiki durumunu düzəltmək gücündə olduğuna inanmadığı iddia edilib. Bildirilir ki, Messi oyundan sonra klub rəhbərliyinin baş məşqçini dəstəkləməsindən narazı qalıb.

Messinin fikrincə, Luis Enrikenin komandanı 17 turda 17 müxtəlif start heyəti ilə meydana çıxarması "Barselona"nın oyununa təsirsiz ötüşməyib. "Real Sosyedad"la görüşdə Messi, Neymar, Pike, Dani Alveş və Rakitiç kimi futbolçular ehtiyatda qalıb.

Luis Enrike oyundan sonra istirahətdən yeni qayıdan və iki gün öncə məşqlərə başlayan futbolçuları riskə atmamaq üçün meydana buraxmadığını açıqlayıb.

Qeyd edək ki, "Real Sosyedad" - "Barselona" oyunu 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR