Müalicə alan məhkum intihar etdi

Müalicə alan məhkum intihar etdi
18:12 4 Noyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Penitensiar Xidmətin Müalicə Müsəssisəsində intihar hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, orada saxlanılan 31 yaşlı Abdullayev Afiq Faiq oğlu intihar edib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A.Abdullayev 1985-ci ildə Lənkəranda anadan olub. O, bu il tutulub və Cinayət Məcəlləsinin 206.3.1-ci (Qaçaqmalçılıq, təkrar törədildikdə), 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 243.4.2 (təkrar törədildikdə), 234.4.3 külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilib. Bugünlərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsində onun məhkəməsi başlanmalı idi.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR