ANS-in apellyasiya şikayəti təmin edilmədi

ANS-in apellyasiya şikayəti təmin edilmədi
18:24 4 Noyabr 2016
65 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Apellyasiya Məhkəməsində “ANS Müstəqil Yayım və Media” Şirkətinin 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərarından şikayətinə baxılıb. APA-nın məlumatına görə, hakim Kəmalə Abıyevanın sədrliyi ilə keçirilən prosesdə “ANS Müstəqil Yayım və Media” Şirkətinin şikayəti təmin edilməyib.

 

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18.30-dan etibarən dayandırılması barədə qərar qəbul edib. ANS MTRŞ-nin bu qərarından 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə şikayət verib. ANS-in şikayəti təmin edilməyib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR