"Daşları qırağa atırıq ki, sürücülər narahat olmasın" - Yağış dağ uçqununa səbəb oldu - VİDEO - FOTO

"Daşları qırağa atırıq ki, sürücülər narahat olmasın" - Yağış dağ uçqununa səbəb oldu - VİDEO - FOTO
18:32 4 Noyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Yağış Tovuzda dağ uçqununa səbəb oldu.

ARB TV xəbər verir ki, aramsız yağan yağışlar Tovuzda dağ uçqununa səbəb olub.

Rayonun Qoşa kəndi ərazisində iri qaya parçaları yola tökülüb. Baş verən hadisə zamanı Tovuzdan  Böyük Qışlaq və Qoşa kəndlərinə gedən avtomobillərin hərəkətində müəyyən ləngimələr yaranıb. Dərhal aidiyyəti qurumlar məlumatlandırılıb. İri daşlar yoldan təmizlənib.

Kazım Kazımov - sürücü: "Daşları götürüb qırağa atırıq ki, bizdən sonra gələn sürücülər narahat olmasın. Böyük daşları da buldozerlər təmizləyir".

Hadisə baş verdikdən bir neçə saat sonra Tovuz-Böyük Qışlaq avtomobil yolunda hərəkət tam bərpa edilib.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/486444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR