Ohanyanın arvadının kabinet davası

Ohanyanın arvadının kabinet davası
18:42 4 Noyabr 2016
63 Dünya
Ölkə mətbuatı
A- A+

Əgər Ruzanna Xaçataryan istəyirsə, mən onun ərizəsini yaza bilərəm.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Levon Altunyan sabiq müdafiə naziri Seyran Ohanyanın həyat yoldaşının işdən çıxarılması ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.

Ruzana Xaçatryanın kabinetinin yeni müşavirə verilməsi haqda nazir qəzəbli şəklidə bildirib: "Nazirin müşaviri öz kabinetindədir, kabinet dövlətin əmlakıdır. Nə Ruzanna Xaçatryan, nə də Levon Altunyanın şəxsi kabineti yoxdur. Kabinet dövlətə məxsusdur və orada dövlət məmurları oturur. Mən ümumi işə xeyir gətirən insanla işləmək istəyirəm". 

Nazir əlavə edib ki, o, Ruzanna Xaçatryanla işləməyib və ona görə də onun hansı fayda verəcəyini bilmir. 

Qeyd edək ki, erməni KİV-lərində Ohanyanın xanımının işdən çıxarılması haqda məlumatlar yayılmışdı. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486438.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR