Hakimiyyətə etiraz edən əlilin başını kəsəcəklər

Hakimiyyətə etiraz edən əlilin başını kəsəcəklər
18:52 4 Noyabr 2016
103 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı hakimiyyəti beş il əvvəl antihökumət aksiyalarında iştirak edən əlil, 23 yaşlı Munir Adamın başını kəsməyə hazırlaşır.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda "Mirror" qəzeti yazıb.

Qəzetin məlumatına görə, bir gözdən kor və lal olan Munir Adamın yeganə günahı odur ki, o, etiraz aksiyalarında iştirak edib. İstintaq isə iddia edir ki, Munir 2011-ci ildə nümayişlər zamanı həbs olunarkən polisə hücum çəkib. Həmin vaxt Adamın 18 yaşı olub.

Adamın ailəsi deyir ki, beş ildir onların övladlarına vəkillə görüşməyə icazə vermirlər. O, işgəncələr altında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyi haqda ifadə verib. Valideyinlərinin dediyinə görə, Munir Adam 6 yaşında bədbəxt hadisə nəticəsində gözdən əlil olub, həbsxanada isə eşitmə qabiliyyətini itirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR