Səudiyyə OPEK-i hədələdi: "Əgər azaltmasanız..."

Səudiyyə OPEK-i hədələdi: "Əgər azaltmasanız..."
19:05 4 Noyabr 2016
90 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı Neft İxrac edən Ölkələr Təşkilatını (OPEK) öz neft hasilatını artırmaqla hədələyib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, OPEK-ə üzv ölkələrin oktyabrın 28-29-da Vyanada keçirdikləri yığıncağın iştirakçılarının söylədiklərinə görə, Səudiyyə Ərəbistanı İranın neft hasilatını azaltmayacağı təqdirdə öz neft istehsalını gündəlik 11 milyon bareldən 12 milyon barelə qədər artırmaqla hədələyib.
 
Səudiyyə Ərəbistanı nümayəndələri İranın neft istehsalını gündəlik 3,66 milyon barrel səviyyəsində "dondurması"nın vacibliyini bildiriblər.
 
OPEK, İran və Səudiyyə Ərəbistanı nümayəndələri məsələ ilə bağlı "Röyters"ə hər hansı şərh verməyiblər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR