Dünyanın ən maraqlı, ən yaxşı işində o çalışır - FOTO

Dünyanın ən maraqlı, ən yaxşı işində o çalışır - FOTO
19:05 4 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

İlk sərnişin olduğunu hiss etmək, biznes-klassda oturan ilk insan olduğunu bilmək əla hissdir. Üstəlik, hava limanında səni VİP sərnişin təki şampanla, alqışlarla qarşılayırlar.

19 yaşlı Aleks Maçerasın dediyinə görə, dünyanın ən maraqlı, ən yaxşı işində çalışır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, A.Maçeras aviasiya analitikdir. O, sərnişin təyyarəsi istehsal edən korporasiyaların müştərilərə təhvil verdiyi "hazır məhsul"un ilk sərnişini olur. Təyyarədəki çatışmazlıqlar, sərnişinlərin tam rahatlığı və təhlükəsizliyinin təminatı üçün görüləsi işlər barədə A.Maçeras hesabatlar hazırlayır, təyyarəni istehsal edən şirkətlə bu təyyarəni satın almış aviaşirkətə təqdim edir.

Eyni zamanda A.Maçeras nüfuzlu media strukturları üçün aviasiya eksperti rolunda da çıxış edir.

Milli.Az















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/486356.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR