Stinq terror olan zalda səhnəyə çıxacaq

Stinq terror olan zalda səhnəyə çıxacaq
19:21 4 Noyabr 2016
30 Şou
Ölkə mətbuatı
A- A+

Britaniyalı müğənni Stinq 2015-ci ildə terror aktının yaşandığı “Bataklan” konsert zalının açılışında çıxış edəcək.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, konsertdən əldə olunan gəlit  terror aktı zamanı zərərçəkmişlərə və onların ailələrinə veriləcək.
 
“Biz onları unutmayacağıq” deyən Stinq konsertin noyabnrın 12-də reallaşacağını vurğulayıb.

Xatırladaq ki, bir il öncə Parisdə reallaşan terror aktı nəticəsində  130-dan çox insan həlak olub, 352 nəfər  yaralanıb. Terror Fransanın 6 müxtəlif yerində reallaşdırılsa da, ən böyüyü “Bataklan” konsert zalında gerçəkləşib. Atışma nəticəsində bu zalda 112 insan həlak olub.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60516

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR