Stinq terror olan zalda səhnəyə çıxacaq

Stinq terror olan zalda səhnəyə çıxacaq
19:42 4 Noyabr 2016
15 Dünya
Ölkə mətbuatı
A- A+

Britaniyalı müğənni Stinq 2015-ci ildə terror aktının yaşandığı "Bataklan" konsert zalının açılışında çıxış edəcək. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, konsertdən əldə olunan gəlir terror aktı zamanı zərərçəkmişlərə və onların ailələrinə veriləcək.
 
"Biz onları unutmayacağıq" deyən Stinq konsertin noyabrın 12-də reallaşacağını vurğulayıb. 

Xatırladaq ki, bir il öncə Parisdə reallaşan terror aktı nəticəsində 130-dan çox insan həlak olub, 352 nəfər yaralanıb. Terror Fransanın 6 müxtəlif yerində reallaşdırılsa da, ən böyüyü "Bataklan" konsert zalında gerçəkləşib. Atışma nəticəsində bu zalda 112 insan həlak olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR