ABŞ-lı hərbi təlimçi öldürülüb

ABŞ-lı hərbi təlimçi öldürülüb
20:12 4 Noyabr 2016
34 Dünya
Ölkə mətbuatı
A- A+

İordaniyada hava hərbi bazasında atışma nəticəsində bir ABŞ təlimçisi ölüb.
İordaniya hərbiyyəsi daha əvvəl yaydığı bəyanatında, təhlükəsizlik qüvvələri tərəfindən atəşə tutulan iki amerikalı təlimçinin öldüyünü demişdi.
Milli.Az BBC-yə istinadən bildirir ki, hərçənd ABŞ müdafiə rəsmiləri yalnız bir nəfərin öldüyünü təsdiqləyib.
ABŞ rəsmiləri bildirib ki, bundan başqa azı iki nəfər güllə yarası alıb və xəstəxanaya götürülüb.
Atışmanın səbəbini öyrənmək üçün təhqiqat başlanılıb, İordaniya deyir.
İordaniya ABŞ-ın yaxın hərbi müttəfiqi və ABŞ-ın liderliyi ilə Suriya və İraqda özünü İslam Dövləti adlandıran qrupa qarşı koalisiyanın üzvüdür.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR